Dekabr ayında ABŞ-da illik inflyasiya gözləntilərə uyğun olaraq 6,5%-ə enib.
Altı ay müddətində davamlı olaraq azalan illik inflyasiya son 14 ayda, yəni 2021-ci ilin oktyabr ayından bəri ilk dəfə ən aşağı səviyyəyə düşüb.
Bu dövrdə enerji və qida məhsulları istisna olmaqla baza inflyasiyası 5,7% təşkil edib. Bildirilib ki, dekabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,1% azalıb.
Qeyd edək ki, noyabr ayında illik inflyasiya 7,1% olaraq açıqlanmışdı.