İsveçin Ankaradakı səfiri Staffan Herrstrom Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Yanvarın 11-də Stokholmda PKK/PYD/YPG tərəfdarları tərəfindən Türkiyə Prezidenti və ölkəni hədəf alan terror təbliğatı ilə bağlı İsveçin Ankaradakı səfiri Staffan Herrstrom Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə bildirilib ki, Ankara bu aksiyanı təşkil edənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını gözləyir.