Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 228 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 647 nəfər müalicə olunaraq sağalıb, 10 042 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.
Ölkədə son sutka ərzində 1 633, hazırkı dövrədək isə 7 453 564 test aparılıb.