Infoteka.az
Siyasət

Ceyhun Bayramovla Eli Koen arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

Bunu israilli nazir tviterdə yazıb.

O bildirib ki, tərəflər Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər: “Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”.
 

Infoteka.az