Prezident İlham Əliyev sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Sərəncamlar imzalayıb
20 Yanvar şəhidinin ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği yanvarın 1-dən 600 manat müəyyən edilib.
Yaşa görə sosial müavinət 180 manatdan 220 manata qaldırılıb.
Müharibə və ya 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri artırılıb
Aylıq məbləğ yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
1.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
1.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat.