Infoteka.az
Dünya

Ermənistan Hindistandan “MRSAM” sistemləri alır

Ermənistan Hindistandan hava hücumundan müdafiə sistemi olan “MRSAM” zenit-raket kompleksləri almaq niyyətindədir.

Məlumata görə, Hindistan tərəfi öz istehsalı "Akash" və "Akash-NG" sistemlərini təklif edib. Ermənistan isə "MRSAM" hava hücumundan müdafiə (HHM) sistemləri almaq istəyir.
Hindistanın IDRW portalı xəbər verir ki, bununla rəsmi İrəvan arsenalındakı sovet istehsalı S-125 “Peçora” sistemlərini əvəzləmək istəyir.

Xatırladaq ki, ötən il noyabrında Ermənistanın Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacağı barədə məlumat yayılıb. Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi məlumdur. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Bundan əvvəl, 2022-ci ilin sentyabrında Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. Bu müqavilənin dəyəri isə 250 milyon dollardır. Ermənistan bununla da Hindistandan “Pinaka” sistemlərini alan ilk ölkə olub.

Infoteka.az