Ancelina Coli instaqram səhifəsində dünyanı oğlunun həyatını xilas etmək üçün həbsxananın qapısında yalvaran iranlı ananın fəryadını eşitməyə çağırıb.
Hollivud aktrisası paylaşımında bunları yazıb:
"İranlı ana həbsxananın qapısında İranda qaçılmaz ölüm cəzası gözlənilən oğlu Məhəmməd Qubadlunu xilas etmək üçün yalvarır. Zəhmət olmasa, bir dəqiqənizi ayırın və onun səsindəki ağrını eşidin. Uşaq anası kimi Təxminən eyni yaşda, qadınların həyatı və azadlığı üçün etirazlar başlayandan bəri öldürülən, döyülən və ya həbs olunan gənclərin analarının yaşadıqları ağrının dərinliyini təsəvvür edə bilirəm.
Analar - sizi eşidirik. Başqaları və İran üçün həyatlarını riskə atan cəsur sevdiklərinizi unutmuruq".
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir.