Infoteka.az
İdman

Avstriya-Azərbaycan futbol oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, biletlərin satışının təxirə salınmasına səbəb matçın oynanılacağı “Rayffayzen Arena”nın yenicə təmirdən çıxmasıdır.

Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.

Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Infoteka.az