Azərbaycanın müasir beynəlxalq və iqtisadi əlaqələr sistemində fəal bir dövlət olduğunu nəzərə alsaq Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları olacaq. Nəzərə almaq lazımdır ki, xüsusi ilə enerji və nəqliyyat sahələrində Azərbaycan ən vacib layihələr təşəbbüskarı, eyni zamanda əsas iştirakçılarından biridir.
Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanistan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edən dövlətimizin başçısı adı çəkilən enerji infrastrukturunun layihəsinin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təcizatının şaxələndirilməsində mühüm rol oynayacağını bildirib. Enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsi olduğunu diqqətə çatdıran ölkə rəhbəri bunu hazırda dünyada mövcud cari geosiyası vəziyyətlə əlaqələndirib. “Azərbaycan bu layihənin təşəbbüskarı olduğu üçün fəxr edir”- deyə bildirən cənab Prezident İlham Əliyev layihənin nə qədər əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunu vurğulayıb.
Təbii ki, bu da Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sırasını davamlı olaraq genişləndirməkdədir. Son illərdə Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq xususilə dinamik xarekter olmuş, Cənub Qaz Dəhlizi, Bakı-Tiblisi-Ceyhan neft boru kəməri layihələri Avropaya ixrac edəcəyi təbii qazın həmçinin artırılması aktuallıq kəsb edən məsələdir. Bu baxımdan Azərbaycanın Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir.
Həmçinin, iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Lakin daha çox vektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehdiyacı var. “Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir’’.
Nizami Eminov
Suraxanı rayonu Ramiq Abidov adına 85 №-li tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini