Azərbaycanın Bolqarıstanla diplomatik əlaqələrinin əsası 1992-ci ildə qoyulmuşdur. 16 aprel 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bolqarıstanda Azərbaycan səfirliyi açılmışdır. Bu illər ərzində iki ölkə arasında siyasi, mədəni, iqtisadi münasibətlər inkişaf etmişdir. 2005-ci ildə yaradılan “Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına kömək’’ İctimai Birliyi yaradılıb, bolqar dilində “AKORD” adlı beynəlxalq jurnal nəşr edilir. On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyanı Azərbaycan ilə Bolqarıstanın qarşılıqlı münasibətlərində baş verən ən mühüm və aktual hadisələr haqqında məlumatlandırmaqdır.
2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır. Bütün bunların nəticəsi olaraq ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr inkişaf etmişdir. Nazirlər səviyyəsində görüşlər keçirilərək enerji təhlükəsizliyi sahəsində mühüm danışıqlar aparılmışdır. Azərbaycan Bolqarıstana qaz ixrac edir və gələcəkdə bu ixracın həcmini artırmağı planlaşdırır. Yeni və çoxşaxəli qaz nəqliyyat strukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri qazla təmin edək.
Cənab Prezident İlham Əliyevin yürütdüyü çoxillik təcrübəyə əsaslanan siyasi fəaliyyəti nəticəsində ölkəmizin siyasi, mədəni, iqtisadi sahədə nüfuzu yüksək səviyyəyə çatmışdır. Atdığı hər bir addımda, gördüyü hər bir işdə xalqla bir yumruq kimi birləşərək uğurlu yoluna davam edir. Hər zaman dövlətimizin yanındayıq.
Yaşasın müstəqil Azərbaycan, var olsun Ali Baş Komandanımız!
Dadaş Baba-zadə
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru