Yanvarın 14-də Almaniyanın Volfsburq şəhərində “Volkswagen” şirkətinin keçmiş baş direktoru Karl Horst Han 96 yaşında dünyasını dəyişib.
Eks-direktorun ölümü barədə onun fondunun nümayəndəsi “Bloomberg” agentliyinə deyib.
Bildirilir ki, Karl Hanın marketinq bacarıqları sayəsində “Volkswagen Käfer” minik avtomobili tarixdə ən çox satılan model olub: 1945-2003-cü illərdə 21,5 milyon ədəddən çox istehsal edilib.