Türkiyə milli müdafiə naziri Hulusi Akar Londona səfərə yola düşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər Birləşmiş Krallığın müdafiə naziri Ben Uollesin dəvəti əsasında baş tutub.
Səfər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlıq məsələləri müzakirə olunacaq.