Infoteka.az
Dünya

Türkiyə xarici işlər naziri Çavuşoğlu Vaşinqtonda Blinkenlə F-16-ların satışını müzakirə edəcək

Mövlud Çavuşoğlu Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyəyə F-16-ların satışına dair son vəziyyəti müzakirə edəcək.

Bu barədə o, Bosniya və Herseqovina Nazirlər Şurasının sədr müavini, xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir qeyd edib ki, F-16-larla bağlı hərbçilər səviyyəsində danışıqlar artıq yekunlaşıb və bu prosesin Konqres tərəfindən təsdiqlənməsi lazımdır.

Infoteka.az