2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19 faizdən çox artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Əmək bazarında leqallaşma və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində 2022-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə büdcəyə daxilolmalar əvvəlki illə müqayisədə 19,2% artaraq 4 mlrd. 586,3 mln. manata çatıb.
Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmalar isə 19% artaraq 160,2 mln. manat olub".