Kremldən verilən məlumata görə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Məlumata görə, söhbət zamanı Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması məsələsi müzakirə olunub.
Həmçinin, liderlər Ukrayna ətrafında cərəyan edən son hadisələr barədə də fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, dövlət başçıları taxıl müqaviləsinin icrasını müzakirə ediblər.