PSJ-nin futbolçularının son matçlarda geyindiyi ümumilikdə 17 formaları hərracda satılıb.
Belə ki, Lionel Messinin “Anje” ilə oyundakı formasını (2:0) çinli bir şəxs alıb. O, hərracın gedişində 22 min avrodan başlayaraq 7 mərc edib və 43 min 623 avro təklif edərək qalib olub.
Argentinalının forması bu hərracda satılan ən bahalı forma olub. Neymarın köynəyi alıcısına 7894 avroya, Kilian Mbappenin “Lans” (1:3) və “Strasburq” (2:1) ilə matçlardakı forması isə müvafiq olaraq 14,083 avro və 15,017 avroya başa gəlib.