Infoteka.az
Sosial

2040-cı ilə qədər Bakının bu ərazilərində metrostansiyalar olacaq

Metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.

Belə ki, qarşıdakı illərdə "28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur.

2040-cı ilə qədər Bakının bu ərazilərində metrostansiyalar olacaq
2040-cı ilə qədər Bakının bu ərazilərində metrostansiyalar olacaq
Infoteka.az