Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 71 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə İnfoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 942 nəfər müalicə olunaraq sağalıb, 10 054 nəfər vəfat edib, aktiv xəstə sayı 454 nəfərdir.

Ölkədə son sutka ərzində 2 863, hazırkı dövrədək isə 7 461 419 test aparılıb.

Infoteka.az