2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Bu tədbir dünyanın dayanıqlı inkişafını hədəfləyən beynəlxalq tədbirdir və bu layihənin proqramını 3 prinsip-qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, innovasiya üzrə həyata keçirir.
2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökümət başçıları,siyasətçiləri, sənayə liderlərinin , iş adamlarını bir araya toplayır. Bu dəfəki tədbirdə 150 ölkədən 30 minə yaxın nümayəndə iştirak edir.
Azərbaycanın bu mötəbər tədbirdə iştirakı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf edən bir ölkə olduğunun beynəlxalq layihələrin müəllifi və təşkilatçısı olduğunun göstəricisidir. Neft-qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti sayəsində bu istiqamətdə imkanlarını daha da genişləndirir və elektrik enerjisi, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Ölkəmizin 200 qiqavata yaxın bərpa olunan enerji potensialı ölkəmizi dünyanın marağına səbəb olub.
2022-ci ilin yanvarında 240 MVT gücündə “ Xızı-Abşeron” Külək Elektrik Stansiyası , martında 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti tərəfindən inşa edilir. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladı. Bu əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək.
Cənab Prezident İlham Əliyev yürütdüyü enerji siyasətində əsas diqqət yeritdiyi məqam işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadəsidir. Yaxın gələcəkdə Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Zəngin bərpa olunan enerji ehtiyatına sahib olan Azərbaycan bu layihələrin reallaşması ilə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm faktor kimi fəaliyyətini genişləndirir.
Cənab Prezident İlham Əliyev çıxışında eyni zamanda Azərbaycanda investisiya üçün müsbət mühit yaradıldığını, neft və qaz sektoruna böyük sərmayələr cəlb edildiyini növbəti hədəfin bərpa olunan enerji olduğunu qeyd etdi. Bir sözlə hədəflərimiz böyükdür və bu böyük işlərin öhdəsindən əminliklə və uğurla gələcəyik !
Ceyran Novruzova
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru
© Materiallardan istifadə edərkən infoteka.az saytına istinad olunmalıdır