Infoteka.az
Dünya

Ağ ev Baydenin ikinci müddətə namizəd olmaq planlarını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə prezident seçkilərində iştirak edəcək.

İnfoteka.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

C.Bayden prezident seçkilərində iştirak etmək niyyətini amerikalı fəal, afroamerikalı vətəndaş hüquqları müdafiəçisi, keşiş El Şarptona açıqlayıb. Prezidentin bu bəyanatı təkbətək söhbətində səsləndirilib.

“Prezident özü 2024-cü ildə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib”, - Jan-Pyer bildirib.

Mətbuat katibi icra orqanları əməkdaşlarının siyasi fəaliyyətlə məşğul olmasını qadağan edən Hetç Aktı səbəbindən 2024-cü il seçkiləri haqqında çox danışa bilməyəcəyini vurğulayıb.

Infoteka.az