İsveç müdafiə naziri Pol Yonsonun Türkiyəyə səfəri gözlənilir.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“Planlaşdırma var, prosesi izləyirik, gedişata görə dəqiqləşdiriləcək”, - deyə o bildirib.
Türkiyənin NATO-nun "açıq qapı" siyasətini dəstəklədiyini ifadə edən Akar İsveç və Finlandiyanın Madrid memorandumdakı öhdəliklərini ən qısa zamanda yerinə yetirməsini gözlədiyini vurğulayıb.