Infoteka.az
Dünya

Yeni Zelandiyanın Baş naziri istefa verdi

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern istefaya gedəcəyini açıqlayıb.

O, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə elan edib.

Casinda Ardern bəyan edib ki, 7 fevral tarixi onun Baş nazir postunda sonuncu günü olacaq.

Yeni Zelandiyanın Baş naziri istefasını belə şərh edib:

“Ümid edirdim ki, hökumət başçısı kimi fəaliyyətimi davam etmək üçün özümdə güc tapacağam, amma alınmadı. Mən vəzifəmdən gedirəm. Yüksək imtiyazlı işin həm də böyük məsuliyyəti var”, - deyə Casinda Ardern vurğulayıb.

Infoteka.az