Infoteka.az
Sosial

Xarici ölkələrin Azərbaycandakı səfirləri Şəhidlər xiyabanını ziyarət ediblər

Xarici ölkələrin Azərbaycandakı səfirləri 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqələr Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları önünə güllər düzüblər.

Ziyarətdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffuri, Xorvatiya səfiri Branko Zebiç, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez və başqa diplomatlar iştirak ediblər.

Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Şəhidlər xiyabanını ziyarət edib.

Infoteka.az