Infoteka.az
Dünya

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius vəzifəsinin icrasına başlayıb

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius andiçmədən sonra vəzifəsinə başlayıb.

Bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib.

“Federal Prezident təyinat şəhadətnaməsini təhvil verdikdən sonra Boris Pistorius Bundestaqda and içərək vəzifəsinin icrasına başlayıb”, - qeyd olunub.

Xatırladaq ki, daha əvvəlki müdafiə naziri Kristin Lambrext postundan istefa verib.

Infoteka.az