Sovet və Gürcüstan incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və aktyor Vaxtanq (Buba) Kikabidze dəfn edilib.
Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayrağına bürünmüş tabutu son mənzilə yola salınıb.
Vida mərasimində minlərlə şəhər sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər. Vaxtanq Kikabidze Tbilisinin Vera məzarlığında dəfn edilib.