Yeni layihələr var, məsələn, Çin tərəfindən irəli sürülən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Nəticə etibarilə bu dəmir yolu Xəzər dənizi tərəfə, bizim istiqamətə uzanacaq.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.