ABŞ prezident administrasiyası F-16-ların Türkiyəyə satışını dəstəkləyir.
Bu barədə yerli jurnalistlərə açıqlamasında ABŞ-nın Türkiyədəki səfiri Cef Fleyk bildirib.
O qeyd edib ki, F-16-ların Türkiyəyə satışı ilə bağlı Bayden administrasiyasının Konqresə ünvanladığı müraciətə nə vaxt cavab veriləcəyinin dəqiq bir tarix yoxdur.
Fleyk həmçinin bildirib ki, F-16-nın satışı məsələsinin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün təsdiqi ilə heç bir əlaqəsi yoxdur.