Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə İnfoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 80 nəfər müalicə olunaraq sağalıb, 10 min 64 nəfər vəfat edib. Aktiv xəstə sayı 427 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 114, bu günə qədər isə ümumilikdə 7 milyon 466 min 384 test icra olunub.

Infoteka.az