Infoteka.az
İdman

Ronaldu - Messi duelində 9 qol , PSJ qələbə qazandı

Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və “Əl-Hilal” klublarının oyunçularından ibarət komanda ilə PSJ arasında çoxdan gözlənilən matç baş tutub.

Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən oyunda Fransa klubunun heyətində argentinalı Lionel Messi (PSJ), qarşı tərəfdən isə dekabrın 31-də “Əl-Nəsr”ə qoşulan portuqaliyalı Kriştianu Ronaldu iştirak ediblər.

Oyunda ilk qolun müəllifi 3-cü dəqiqədə Messi olub (0-1). 34-cü dəqiqədə Ronaldu hesabı bərabərləşdirib (1-1). 39-cu dəqiqədə PSJ azlıqda qalıb. Bernat qarşısında qırmızı vərəqəni görüb. Lakin azlıqda qalan parislilər hesabı artırmağa nail olublar. 43-cü dəqiqədə Markinyos fərqlənib (1-2). İlk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Neymar 11 metrlik cərimə zərbəsindən uğur qazana bilməyib. İki dəqiqə sonra Ronaldu penaltidən dəqiq zərbə vuraraq yenidən hesaba tarazlıq gətirib (2-2).

İkinci hissənin əvvəllərində Ramos yenidən PSJ-ni önə keçirib (2-3). Ev sahiblərinin cavabı isə geçikməyib. Üç dəqiqə sonra Çjan Hön Su hesabı 3-3-ə çatdırıb. Lakin tezliklə Mbappe penaltidən fərqlənərək yenidən qonaqları önə çıxarıb (3-4). Matçın 61-ci dəqiqəsində Ronaldu əvəzlənib. Onun yoxluğunda komandası daha bir top buraxıb. Ekitike qol duelində komandasının son toopunu vurub - 3:5. Matça son nöqtəni isə Taliska qoyub - 4:5.

Infoteka.az