Yunanıstan hökuməti adaları silahlandırsa, biz də sakit dayanmayacağıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Esenyurt Təhsil Kampusu”nun təməlqoyma mərasimində iştirakı zamanı deyib.
Ərdoğan həmçinin, Yunanıstanın Baş naziri Kiriakos Miçotakisə səslənib: “Miçotakis, bunu yaxşı bil ki, səhvə yol verməyə çalışsan, çılğın türklər irəliləyəcək, lakin ağıllı davransan bizim səninlə işimiz yoxdur”.