Neftçi"nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirmək variantı yaranıb. "Apollon" (Limassol) klubu 29 yaşlı hücumçu ilə maraqlanır.
Baş məşqçi Konstantinos Makridis qanalı legioneri komandasında görmək istəyir.
Qeyd edək ki, Donyo ötən yay keçdiyi "Neftçi"ylə müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.