Cənubi Amerika ölkəsi olan Argentinada 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Santyaqo del Estero şəhərindən 116 kilometr şimal-şərqdə, ocağı isə 589 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Çilinin Arika, Parinakota, Tarapaka və Antofaqasta bölgələrində də hiss olunub.
Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Hadisə