Infoteka.az
Sağlamlıq

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə İnfoteka.az saytına Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 237 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 333 nəfərdir.

Ölkədə son sutka ərzində 1068, hazırkı dövrədək isə 7 469 502 test aparılıb.

Infoteka.az