Dünya bazarında neftin qiyməti iki günlük artımdan sonra düşüb.
İnfoteka.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,07 % ucuzlaşaraq 1 bareli 91,74 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,16 % düşüb və 1 bareli 86,38 ABŞ dolları təşkil edib.
İnvestorlar OPEC+ alyansının çərşənbə günü Vyanada keçiriləcək növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri hasilatın gündəlik 1 milyon barel azaldılmasını nəzərdən keçirəcək.