İnfoteka.az Arabnews-a istinadən bildirir ki, Beyons eksklüziv çıxışı üçün 24 milyon dollar məbləğində qonorar alacaq.
Bu, Beyonsun 2018-ci ildən bəri çıxış edəcəyi ilk solo konsertidir.
Superstar konsert zamanı bütün telefonların bir yerə yığılmasını və fotoşəkil çəkilişinin qəti qadağan edilməsini tələb edib.
Yalnız A kateqoriyasına daxil olan məşhurlar, dəvətlilər üçün nəzərdə tutulan konsertdə ABŞ-lı model və realiti-şou ulduzu Kendall Jenner, britaniyalı müğənni Liam Payne, Beyonsun reper əri Jay Z, Əmirlik-Yəmən müğənnisi Balqees Fathi, amerikalı model Olivia Culpo, hind aktyoru Aamir Khan, Britaniyalı aktrisa Michelle Keegan və “Parisdə Emili”nin ulduzu Ashley Park məşhurlar iştirak edib.
Beyonsun konsertindən sonra qonaqlara atəşfəşanlıq nümayişi və "Swedish House Mafia" musiqi qrupunun ifa etdiyi musiqilər təqdim olunub.