Infoteka.az
Dünya

Korrupsiyada şübhəli sayılan nazir əvəzi vəzifəsindən azad edildi

Korrupsiyada şübhəli sayılan Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini, nazir əvəzi Vasili Lozinski vəzifəsindən azad edilib.

Bu barədə bu gün Baş nazirin müavini Aleksandr Kubrakov bildirib.

Ukrayna Nazirlər Kabineti bu gün Vasili Lozinskinin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Nazirliyin hazırda həyata keçirilən bütün layihələrinin yoxlanılmasına başlanılacaq.

Infoteka.az