Avropa İttifaqı Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini müzakirə edir. Sanksiyalar paketinə ölkəyə silah və ikili təyinatlı texnikanın tədarükünə tam embarqo daxil ola bilər.
Bu mövzuya marağın artmasına Ukrayna ərazisində gedən döyüşlər səbəb olub. Bir sıra ekspertlər Rusiyanın hələ də Belarus vasitəsilə sanksiyalardan yan keçməklə bəzi malları ala biləcəyi qənaətindədirlər. Onların fikrincə, Belarusa ikili təyinatlı texnika və silahların tədarükünə tam qadağa qoyulması Rusiyanı bu qadağaya əməl etməyə məcbur edəcək.
Həmçinin bildirilir ki, Aİ ölkələri Rusiya və Belarusa qarşı sanksiyaların tam sinxronlaşdırılması ilə bağlı hələlik konsensusa gəlməyib. Almaniya və bir sıra digər ölkələr belə sinxronizasiyaya qarşı çıxıblar.
O da aydınlaşdırılır ki, hazırda Belarus guya Qərbdən bəzi silah elementlərini gətirə, sonra isə Rusiyaya ötürə bilər. Bunun fonunda Qərb liderləri silah və ikili təyinatlı avadanlıqlara tam embarqonun tətbiqini müzakirə edirlər.
Bundan başqa, sanksiyalar paketinə Aİ-dən Belarusa elektronika, məişət texnikası və dəbdəbəli malların ixracına qadağa da daxil ola bilər.
Bəzi ehtimallara görə, Belarus banklarının qara siyahıya salınacağı da güman edilir. Əslində bu, rusların Minskə getməsi və bankomatlardan valyuta çıxarması ilə bağlıdır.