Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də ölkəmizə rəsmi səfərə gəlib.
DSX-nin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib.