Ukrayna Belarusla sərhəd yaxınlığında 17 200 əsgər cəmləyib.
Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) məlumatlarında bildirilib.
Qeyd olunub ki, Belarus ərazisinin aktiv hava kəşfiyyatı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilir.
Həmçinin o da əlavə olunub ki, Belarusla sərhəd olan ölkələrin sərhəd xəttindəki ümumi əsgər sayı 23 500 nəfərdir ki, onlardan ən çoxu Ukrayna tərəfdə (17 200 nəfər) və Polşa tərəfdə (3 700 nəfər) cəmləşib.