Infoteka.az
Sosial

Gənclərimizin hərbi vətənpərvərlik və milli ruhunun yüksək səviyyədə təşkil olunması yönündə görüş keçirilib

İnfoteka.az xəbər verir ki, yanvarın 23-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova rayonun ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə görüşüb.

Görüşdə gənclərin çağırışaqədərki hazırlığının və hərbi vətənpərvərlik tərbiyəsinin, milli ruhunun yüksək səviyyədə təşkil olunması istiqamətində müzakirələr aparılıb.

RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov maarifləndirmə və təbliğat işlərinin bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə təsirindən danışaraq müvafiq tövsiyələr verib.

Eyni zamanda mövcud problemlər və onların həlli istiqamətində təkliflər dinlənilib.