Bu barədə “La Gazzetta dello Sport”un jurnalistləri məlumat yayıblar. Səhhətində olan ciddi problemlər isveçli hücumçunun qərarına təsir edir.
Nəşr xatırladıb ki, “Milan” üçün 2021/22 çempionat mövsümünün sonunda İbrahimoviç dizindəki problemlərə görə əməliyyat masasına uzanıb.
Bu mövsümdə 41 yaşlı isveçli heç vaxt futbol meydanına çıxmayıb, əvəzində Asteriks və Obeliks haqqında yeni filmin çəkilişlərində iştirak edib.
Nəhayət, fiziki problemlər oyunçunu karyerasını başa vurmağın vaxtı olduğuna inandırıb. Eyni zamanda bildirilir ki, “rossonerilər” Zlatan kimi fiqurunu itirmək fikrində deyil –imkanlarını nəzərə alaraq, klub rəhbərliyi ona səfir rolunu təklif edəcək.
İbrahimoviçin martın 8-də keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin “Tottenhem”lə cavab oyununa qədər “Milan”ın aktiv məşqinə qayıtması gözlənilmir.