Bu il təqdim ediləcək “iPhone 15” smartfonunun yeni xüsusiyyətləri açıqlanıb.
"infoteka.az" xəbər verir ki, yeni “iPhone” modeli əyri ekran və düz çərçivələr şəklində olacaq.
Tanınmış insayderin sözlərinə görə, smartfonların dizaynı nəzərəçarpacaq dərəcədə dəyişəcək.
Telefonların ekranları düz formada qalacaq, amma qoruyucu şüşənin kənarları yuvarlaqlaşdırılacaq.
“iPhone 15 Pro” modellərinin isə yeni polad çərçivə şəklində təqdim edilməsi ehtimal olunur. Telefonlarda “Taptic Engine” texnologiyası ilə yaradılmış, toxunuşa həssas və səs səviyyəsinə nəzarət düymələri də olacaq.
Qeyd edək ki, “iPhone 15 Pro” və “15 Ultra” modellərinin qiymət artımı da gözlənilir.