Infoteka.az
Dünya

Peskov: Kreml Ukraynadakı münaqişənin diplomatik yolla həlli üçün heç bir perspektiv görmür

Ukraynaya tankların tədarükü ilə bağlı danışan Peskov qeyd edib ki, Almaniya və ABŞ-da bu məsələ ilə bağlı çoxlu bir-birini inkar edən bəyanatlar var. O, bir çox mütəxəssislərin bu fikrin absurdluğunu başa düşdüyü qənaətindədir.

"Ukraynaya “Abrams” tanklarının tədarükü planı texnoloji aspektlər baxımından kifayət qədər uğursuzdur", - Kremlin sözçüsü vurğulayıb.

O, Almaniyanın Ukraynaya mümkün tank tədarükü fonunda Moskvanın Berlinlə danışıqlar aparmadığını da söyləyib.

Infoteka.az