Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Toplantıda bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da təşkil olunub. Növbəti toplantılar isə 2017-ci il fevralın 23-də, 2018-ci il fevralın 15-də, 2019-cu il fevralın 20-də, 2020-ci il fevralın 28-də, 2021-ci il fevralın 11-də və 2022-ci il fevralın 4-də keçirilib.