Mardin Hava limanına Nobel mükafatı laureatı, professor Əziz Səncərin adı verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.
Buna əsasən, Mardin Hava Limanının adının “Mardin Prof. Dr. Aziz Sancar Havalimanı” olaraq dəyişdirilməsinə qərar verilib.