"Ölkəmizdə koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir. Yoluxma saylarında ciddi yüksəlmələr müşahidə olunmur".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.
O, bəzən ölüm sayının çox olmasına da aydınlıq gətirib:
"Ölüm sayları ilə bağlı onu deyə bilərəm ki, bugünkü yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil. Bütün vəfat halları araşdırılır. Amma bu, ölən şəxsin həmin gün yoluxan insan olduğu demək deyil. Bəzi xəstələrimiz uzun müddət xəstəlikdən əziyyət çəkir, hansısa xroniki xəstəliyi olan şəxslər olur".