Infoteka.az
Dünya

Mariuş Blaşzak: Bizim təzyiqlərimiz olmasaydı, Almaniya "Leopard"ları verməyəcəkdi

Polşanın təzyiqi olmasaydı, Almaniya Ukraynaya "Leopard" tanklarının göndərilməsi barədə qərar verməyəcəkdi.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak "Polşa Radiosu 1"ə müsahibəsində deyib.

"Mən dünən ABŞ müdafiə naziri Lloyd Ostin və Almaniya müdafiə naziri Boris Pistoriusla danışdım. Birbaşa demək olar ki, bizim təzyiqimiz olmasaydı, Almaniyada bu qərar verilməzdi. Avropada 2000-dən çox "Leopard" tankı var. Biz koalisiya qurmaq üçün hər şeyi edirik", - müdafiə naziri vurğulayıb.

Infoteka.az