Infoteka.az
Dünya

Mövlud Çavuşoğlu ABŞ-ın keçmiş dövlət katibinin kitabında Türkiyəyə qarşı iddialarına cavab verib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun qalmaqallı kitabında Türkiyəyə qarşı iddialarına cavab verib.

Mövlud Çavuşoğlu kitabda dezinformasiyaya yer verildiyini qeyd edib.

"Düşünürəm ki, o, bu kitabı prezidentliyə namizədliyini irəli sürərkən və ya namizədliyi üçün kampaniyaya başlamaq üçün yazıb. Birincisi, bu iddialarla bağlı yalan məlumatlar var. Diplomatik danışıram. Siz bunu yalan olaraq da adlandıra bilərsiniz. Orada şişirtmə və ikili standart var. ABŞ-da terroru dəstəkləmək ağır cinayətdir, məhkəmə prosesinə məruz qalmamaq üçün dezinformasiyalar aparılır”, - deyə o bildirib.

Nazir, həmçinin, Türkiyənin İŞİD ilə mübarizədə gücünün yetmədiyinə dair iddianı rədd edərək, ölkəsinin İŞİD-ə qarşı üz-üzə döyüşən yeganə NATO ölkəsi olduğunu xatırladıb.

Infoteka.az