Infoteka.az
İqtisadiyyat

AccessBank 2022-ci ilin birinci rübünün maliyyə hesabatını açıqlayıb

Bakı. 24.01.2023. Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan
AccessBank, 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayır.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
İnfoteka.az xəbər verir ki, Bank, 2022 ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib,
biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank 2022-ci il
ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.
- Bankın aktivləri rüb ərzində 11.1%, ilin əvvəlindən isə 25.4% artıb. Hazırda 1.2
milyard manat təşkil edir.
- Kredit portfeli rüb ərzində 6.3%, ilin əvvəlindən isə 28.6% artıb. Hazırda 813.5
milyon manat təşkil edir.
- Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes
portfeli 17.5% və ya 95 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin
57%-i regionların payına düşür.
- Depozit portfeli rüb ərzində 7.2%, ilin əvvəlindən isə 24.7% artıb. Hazırda 860
milyon manat təşkil edir.
- Əhalinin müddətli əmanətləri rüb ərzində 7.7%, ilin əvvəlindən isə 29% artıb.
Hazırda 597 milyon manat təşkil edir.
- Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis
faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon
manatı ötüb.
- Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü
rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə
75% artıb.
- Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə
müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın
xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb.
- Bankın məcmu kapitalı son 1 il ərzində 27% və ya 21.5 milyon manat artaraq 101
milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə
artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın
qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr
ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını
11.4 milyon manat artırıb.
- Bankın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum
normadan (30%) 2 dəfə yüksəkdir.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh
edib:”Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə
davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ilin 12 ayı ərzində 15 milyon manat
mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına
səbəb olub. 2022-ci ildə AccessBank-ın aktivləri 1 milyard manat həddini keçərək daha
da böyüdü. Əminik ki, bu il AccessBank-ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı
olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi
dəstəkləməyə davam edəcəyik”.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.

Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya
fondları yer alır.

Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook , Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Infoteka.az