Infoteka.az
Siyasət

Moldova XİN Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bu barədə Moldova XİN-in "Twitter" hesabında paylaşım edilib.

"Moldova bu gün İranın paytaxtı Tehranda Azərbaycan səfirliyinin əməkdaşının ölümü və iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir. Fikirlərimiz Azərbaycan XİN-dəki həmkarlarımızın və bu hadisədən zərər çəkən bütün şəxslərin yanındadır", - Moldova XİN paylaşımında bildirib.

Infoteka.az